Şeyma bu dəfə vəliəhd Salmanın özəl gecəsində - VİDEO

Şeyma bu dəfə vəliəhd Salmanın özəl gecəsində - VİDEO

Bəhreyndə "Formula 1" yarışları ilə əlaqədar bir-birindən maraqlı partilər təşkil edilib. Türkiyəli fenomen Şeyma Subaşı da bu münasibətlə Bəhreynə yollanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı kralının vəliəhdi Məhəmməd bin Salman Əl Səudinin təşkil etdiyi gecəyə qatılıb. Türk mediası onun Salmanla tanış olmaq üçün bu addımı atdığını yazıb. Bildirilib ki, Şeyma bu niyyətinə çatıb. 

Subaşı gecəyə dekolteli libas geyinib. O, qara örpəklə başını və sinəsini bağlayıb. Gecədə zalda foto və ya video çəkdirmək qadağan edilib. Bu qaydalara əməl etməyə çalışan Şeyma ayaqyoluna gedərək orada ərəb rəqsi oynayaraq video çəkib. 

Şeyma hətta vəliəhdə görə namaz qılmağa başladığını da yayımlayıb. O, namaz qılaraq çəkilən videosunu izləyiciləri ilə bölüşərək, bir müddət sonra silib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2016-cı ildə başladığı "Vision 2030" layihəsi ilə böyük dəyişikliklər yaşamağa hazırlaşdığını açıqlayıb. Bu müddət ərzində Səudiyyə vəliəhdi Salman ölkəni beynəlxalq arenada təmsil edən bir çox məşhur adı qonaq edib. Şeyma Subaşı da bu adlar arasında olub və Səudiyyə Ərəbistanının modernləşmə səyahətinə dəstək verib.

Xatırladaq ki, Şeyma "TV 8" kanalının sahibi Acun Ilıcalının keçmiş həyat yoldaşıdır. O, daha sonra misirli Mohammed Alsaloussi ilə ötən ilin mayında ailə qurub. Onlar üç gün, üç gecə toy etmişdi. Qısa zaman sonra isə cütlük boşanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun