Bukmeykerlərin təmsilçilərimizlə bağlı fikirləri dəyişdi

Bukmeykerlərin təmsilçilərimizlə bağlı fikirləri dəyişdi

68-ci "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi ilə bağlı bukmeykerlərin təxminləri hər gün dəyişir. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edəcək. Mahnı martın 15-də təqdim edildikdən sonra onun ətrafında müzakirələr başlayıblar. 
Azərbaycan "Avroviziya 2024"də neçənci olacaq? 
"Avroviziya" mahnımız təqdim olundu - VİDEO 
Avroviziyada bizi o da təmsil edəcək - FOTO 

Bukmeykerlər bundan əvvəl Azərbaycanı 17-ci yerdə görsələr də, fikirləri dəyişib. Onlar mahnını dinlədikdən sonra Azərbaycanı 19-cu yerə layiq görüblər. Avropa bukmeker kontorları Azərbaycanın qalib olmaq şansını 1% qiymətləndirib.

Mahnı yutubun Azərbaycan seqmentində trendə düşüb. 500 minə yaxın baxışı olan klip hazırda 8-ci pillədədir. 

Xorvatiya bukmeker kontorunun proqnozuna görə lider olmaqda davam edir, onun qalib gəlmə əmsalı 17%-dir. Sıralamada Ukrayna (13%) və İtaliyadır (10%).

Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun