Əməkdar artist Lalə Məmmədova toylardan bəhs edib.
OLAY yazır ki, bu barədə sənətçi “İncə səhər” proqramında danışıb:
“Oxumağa mahnılar çoxdur. Toyda fonoqram oxumaq olar. Məsələn, “Bu şəhər ikimizə dar”... O mahnı tamamilə estrada janrındadır. Mən həmin effekti toyda o musiqiçilərlə verə bilməyəcəyəm. Amma bütün toyu fonoqramla ifa etmək qətiyyən olmaz. Belə olan halda toyun sahibinin də haqqına girməkdir. Toy sahibi öz zövqünə uyğun musiqiçini və ya müğənnini məclisinə çağırır. Toya gedəndə soruşuram ki, hansı bölgədir. Çünki bolgələrimizin musiqi zövqü fərqlidir. Elə toylar olur ki, məclis yiyələri istəyirlər ki, saz, zurna, davul kimi musiqi alətlər səslənsin. Mən konsertə hazırlaşdığım kimi toya da elə hazırlaşıram. Mənim üçün çox məsuliyyətlidir. Bir də insan özü-öz oxuduğundan ləzzət və zövq almalıdır ki, insanlara da onu ötürə bilsin”.