"Bu, toy sahibinin haqqına girməkdir"

"Bu, toy sahibinin haqqına girməkdir"

"Oxumağa mahnılar çoxdur. Toyda fonoqram oxumaq olar. Məsələn "Bu şəhər ikimizə dar"... O mahnı tamamilə estrada janrındadır. Həmin effekti toyda o musiqiçilərlə verə bilməyəcəyəm. Amma bütün toyu fonoqramla ifa etmək qətiyyən olmaz. Belə olan halda toyun sahibinin də haqqına girməkdir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "İncə səhər" proqramında deyib. Müğənni toyda fonoqram oxumağın əleyhinə olduğunu deyib:

"Toy sahibi öz zövgünə uyğun musiqiçini və ya müğənnini məclisinə çağırır. Toya gedəndə soruşuram ki, hansı bölgədir. Çünki bolgələrimizin musiqi zövqü fərqlidir. Elə toylar olur ki, məclis sahibləri istəyirlər saz, zurna, davul kimi musiqi alətlər səslənsin. Konsertə hazırlaşdığım kimi toya da elə hazırlaşıram. Mənim üçün çox məsuliyyətlidir. Bir də insan özü-öz oxuduğundan ləzzət və zövq almalıdır ki, insanlara da onu ötürə bilsin".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun