Bu da fotoşop imiş - İtkin Şahzadə edib?

Bu da fotoşop imiş - İtkin Şahzadə edib?

Kraliyyət ailəsində daha bir foto skandalı üzə çıxıb.

OLAY yazır ki, ötən il mərhum Kraliça Elizabetin ad günündə paylaşılan fotoda da şop olduğu iddia edilib. 

Belə ki, Elizabetin nəticələri ilə çəkilən şəkildə çox şahzadənin sonradan əlavə edildiyi deyilib. Uşaqların paltarlarındakı və divandakı fərqliliklər buna sübut kimi göstərilib. 

Mediada iddia olunub ki, bu fotolardakı dəyişikliklər üçün əmri itkin Şahzadə Keyt Midlton verib. 

Hətta Midltonun saray daxilində daim irqçilik etdiyi, bu xəstəlik yalanın da onun əməllərini ört-basdır etmək üçün yaydıqları iddia olunub. 

Bildirilib ki, Midlton eltisi Meqan Marklla yanaşı, onun övladlarına da təyziq göstərib.