Aleyna ömürlük həbs olunacaq? - FOTO

Aleyna ömürlük həbs olunacaq? - FOTO

Türkiyənin Ümraniyə rayonunda silahlı hücum nəticəsində həyatını itirən futbolçu Kubilay Kaan Kundaqçı cinayəti ilə bağlı yeni mərhələyə keçilib.

Milli.Az xəbər verir ki, İstanbul şəhərinin Ümraniye rayonunda baş verən və böyük rezonans doğuran qətl hadisəsi ilə bağlı istintaqda yeni mərhələ başlayıb.

21 yaşlı futbolçu Kubilay Kaan Kundakçının ölümü ilə bağlı ittiham aktı məhkəməyə göndərilib.

Hadisə martın 19-na keçən gecə Sıddıq küçəsində baş verib. İddialara görə, Canbay & Wolker qrupunun üzvü Vahap Canbay keçmiş sevgilisi Aleyna Kalaycıoğlu ilə barışmaq üçün Kundakçıdan kömək istəyib. Gənc futbolçu görüş təşkil etmək məqsədilə vasitəçi olub.

Lakin müğənninin olduğu studiyanın qarşısında gözləyən şəxslərə lüks avtomobillərlə gələn şübhəlilər tərəfindən atəş açılıb. Nəticədə ağır yaralanan Kundakçı xəstəxanada həyatını itirib.

Prokurorluğun hazırladığı ittiham aktında bir sıra şəxslərə ağır maddələr üzrə cəza tələbi irəli sürülüb. Belə ki, Aleyna Kalaycıoğluna "qəsdən adam öldürməyə təhrik etmə" ittihamı ilə ömürlük həbs istənilib.

Hadisənin əsas icraçısı olduğu iddia edilən Alaattin Kadayıfçıoğlu barəsində isə "qəsdən adam öldürmə" və "qanunsuz silah saxlama" maddələri ilə ömürlük həbs cəzası tələb olunur.

İş üzrə məhkəmə prosesinin yaxın günlərdə başlaması gözlənilir. Hadisə həm ictimaiyyətdə, həm də sosial mediada geniş müzakirələrə səbəb olub.

Fidan
Milli.Az