Türkan pişiklə FOTOsunu paylaşıb bu sözləri yazdı - VİDEO

Türkan pişiklə FOTOsunu paylaşıb bu sözləri yazdı - VİDEO

Yeni təlaşım, yeni qərarım, yeni həyəcanım... Hər şeyə rəğmənlərim... Yaxşı gələnlər və gedənlər... sevinclərim, hüznlərim... Kimsə kimi olmayıb, hər zaman özüm kimi qalan yanım... Xoş gəldin yeni yaşım!

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan instaqramda yazıb. Pişiklə fotosunu paylaşan ulduz neçə yaşı tamam olduğunu yazmasa da, əldə etdiyimiz məlumata görə, onun 33 yaşı tamam olub.

Türkan doğum günündə yeni ümidlərinin doğulduğunu qeyd edib:

"Doğulduğum gündür, həm də yeni ümidlərimin və arzularımın doğduğu gündür. Yeni yaşımda özümə xoşbəxtlik arzu edirəm, istəyirəm ki, yeni yaşım mənə uğur gətirsin. Hər zaman yanımda olan dostlarıma və hər zaman sevgi göstərənlərə təşəkkür edirəm. Valideynlərimə də təşəkkür edirəm ki, mənim kimi övlad dünyaya gətiriblər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun