“Mənə oğru deyirsən, səni məhkəməyə verəcəyəm”

“Mənə oğru deyirsən, səni məhkəməyə verəcəyəm”

Aparıcı Elgiz Əkbər ad çəkmədən bir həmkarının ünvanına sərt sözlər səsləndirib.

OLAY yazır ki, bu barədə o, “Elgizlə izlə” verilişində danışıb. Elgiz deyib ki, o, ad çəkməsə də, həmin şəxsi uğursuz adlandırıb:

“Son günlər sosial şəbəkələrdə, TikTok-da aparıcıları daşlamaq, tənqid, təhqir etmək yayılıb. Ayrı-ayrı insanlar, iradlar deyirlər. Tənqid etdiyiniz məsələ ilə bağlı ad çəkin. Kim oğrudur? Oğruluq deyəndə nəyi nəzərdə tutursunuz? Tənqid olmalıdır, inkişaf üçün lazımdır. Biri nəsə edir, mən tənqid olunuram.  Ortalığa düşənlər keçmiş aparıcılardır. Bir addım öndə olmağa çalışırsan, amma yanlışsan. Uğursuz bir aparıcı var, dəxlisiz layihələri oldu, insanlar ona baxmadı. Uğursuz aparıcı, işin mahiyyətini bilirsən. Səhv danışırsan. Orada xüsusilə deyirsən ki, “oğru”. İstəmərəm ki, kimsə mənə oğru desin. Orada beş-altı adamın, eləcə də mənim fotom qoyulub. İndiyənə kimi hər şeyə göz yummuşam. Mənə oğru deyirsən. Səni məhkəməyə verəcəyəm. Sübut etməsən nəyi oğurlamışam, məhkəməyə müraciət edəcəyəm. Xalqa ləyaqətlə xidmət etmişəm. Heç kimin malına, manatına dəyməmişəm. Tənqidlər var ki, qəbul edirəm. Deyirəm, kaş, bu verilişdə o, olmayaydı. Sonuncu dəfə yaşlı qadın çıxış etdi, gərək imkan verməyəydim. Evlənmə məsələsi bütün dünyada verilişlərdə olub. İndi bu layihə yoxdur”.