Avroviziya təmsilçimiz Fahree yazılan şərhlərə görə stilində dəyişiklik etdiyini deyib.
OLAY yazır ki, ifaçı saqqalını kəsib bığ saxladığını bildirib. Bu barədə o İctimai Radioda qonaq olarkən danışıb.
“Mən bacardığım qədər şərhləri oxuyuram. Orada hamı yazmışdı ki, “Fəxri, saqqalını qırx, sənin saqqalın düzgün çıxmır”. Mən dedim, gedirəm saqqalımı qırxmağa, amma maraqlı bir şey olmalıdır. Ona görə getdim bığ saxladım. Bir az üzümü təmizlədim. İndi baxaq görək camaat nə deyəcək. İki dənə bığlı kişi gedir Avroviziyaya”, - deyə, o, söyləyib.