Müğənni Dilarə Kazımova ilk həyat yoldaşı və boşanmağından danışıb.
OLAY yazır ki, ifaçı 2 il evli qaldıqlarını və qısqanclıq səbəbindən ayrıldığını deyib. Bu barədə o “Rəngarəng səhər” verilişində danışıb.
“Ailə qurmağımın həyatıma ancaq mənfi tərəfə qatqısı oldu. Evliliyim çətin idi, ayrılanda da elə oldu. Boşandığıma görə çox şadam. 2 il evli qaldıq, yenə də çox idi. Boşanma səbəbim qısqanclıq və məni başa düşməməyi idi. Avroviziyaya da gəlirdi yanıma, görürdü ki, hər şey necə qurulub. Avroviziyanın bitməyindən yarım il keçib, başladı hər şeyi deməyə. O, mənim səhnədə olmağımı, uğurumu qəbul edə bilmədi. Mən qısqananda çox pis qısqanıram və bu hiss xoşuma gəlmir. Qısqananda insana qarşı sevgim azalır və güvənsizliyə çevrilir. Övladım olsaydı, indiyə qədər həyatımı məhv edərdi. Manipulyasiya edəcəkdi uşağı”, - deyə, o, bildirib.