Tanınmış aparıcı Mətanət Əliverdiyeva müğənni Gülay Zeynallı ilə bağlı maraqlı fakt açıqlayıb.
Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, aparıcı "Xəzər axşamı" verilişində qonağı olan Gülayla bağlı illər öncə aralarında olan dialoqu xatırlayıb.
Vaxtilə Gülayın bir ayaqqabıya 700 manat verdiyini eşidəndə, təəccübləndiyni bildirib:
"İllər öncə Gülay verilişimdə qonaq idi. Ayaqqabısının qiymətini soruşdum, dedi, 700 manata almışam.
Çox təəccübləndim, dedim, mən heç vaxt o qədər pulu ayaqqabıya vermərəm, 700 manat maaş alıram, onu da verim ayaqqabıya, ac qalım?"
Bununla belə, o, müğənniyə haqq qazandırıb:
"Əslində, düz edirsən, Gülay. 700 manatlıq yox, 7 min manatlıq, ondan da baha qiymətə ayaqqabı alıb geyinəsən".
Müğənni aparıcının bu sözlərinə heç bir şərh verməyib və mahnı oxumağa başlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun