“Qonorar nə olur olsun o məclislərə getmirəm”

“Qonorar nə olur olsun o məclislərə getmirəm”

Müğənni Xatirə İslam açıqlaması ilə gündəmə gəlib. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Xəbər-ətər" verilişində getdiyi el şənliklərindən söhbət açıb. 

Xatirə bu zamana qədər kişi məclislərində iştirak etmədiyini bildirib: 

"23 ildir ki, efirdəyəm. Mən heç vaxt kişi məclislərində oxumamışam. Orada madiyyat nə olursa olsun (yüksək qonorarı nəzərdə tutur - red.) kişi məclislərinə getmirəm. Bu zamana kimi də getməmişəm. Kişi məclislərinə gedən qadın müğənnilərə pis baxmıram. Bu, normaldır. Sənətçi, sənətkar hər yerdə oxuya bilər". 

Müğənni proqramın gedişatında xına məclislərinə getdiyini, lakin xına-dekor biznesi ilə artıq məşğul olmadığını dilə gətirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun