Aysun: "Mənə olmaz, iki canlıyam"

Aysun: "Mənə olmaz, iki canlıyam"

"Bəzi "ağıllılar" yazırlar ki, "niyə restoranı paylaşırsan? Niyə oruc tutmursan, axı Ramazan ayıdır".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova sosial şəbəkə hesabındakı paylaşımında deyib. 

İfaçı onu təndiq edənlərə cavab verib: 

"Mən müəyyən səbəblərə görə oruc tutmuram, mənə olmaz, mən iki canlıyam. İkincisi də ki, mən yemək paylaşmamışam, sadəcə göyərti paylaşmışam, onun da dəstəsi 20 qəpikdir, hamı ala bilir, şükür. Hamının evində də var.  Bəziləri kimi kabab paylaşmıram ki? Və onu da deyim ki, mən bu il oruc tuta bilmədim deyə, iftar vermişəm".

Qeyd edək ki, Aysun İsmayılova ötən ilin sonunda ailə həyatı qurub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun