Madonna xalqdan kömək istəyir

Madonna xalqdan kömək istəyir

Məşhur müğənni Madonna “Coachella” musiqi festivalında Sabrina Karpenterın performansı zamanı etdiyi sürpriz çıxışdan sonra itən arxiv kostyum parçalarını tapmaq üçün xalqdan kömək istəyir.

OLAY yazır ki, dünya turu hazırlıqlarını davam etdirən Pop kraliça Madonna bu paltarlara olan xüsusi dəyəri və xatirə əhəmiyyəti səbəbindən tapan şəxslərə böyük bir məbləğ ayırdığı məlum olub.

"Şəxsi arxivimdən çıxarılan kostyumum – pencək, korset və digər bütün geyimlər. Bunlar sadəcə paltar deyil, tariximin bir hissəsidir"- deyə Madonna bildirib.

İtən əşyaların şəkillərini sosial mediada paylaşaraq yardım istəyən Madonna "Ümid edirəm və dua edirəm ki, yaxşı ürəkli biri bu əşyaları tapar və mənimlə əlaqə saxlayar" deyib.