“Uzak Şehir”in aktyorları uşaqlarla görüşdü

“Uzak Şehir”in aktyorları uşaqlarla görüşdü

Məşhur "Uzak Şehir" serialı “TEGV Midyat Eğitim Birimi”ndə uşaqları qonaq edib.

OLAY yazır ki, Ozan Akbabanın dəvəti ilə gələn uşaqlar əyləncəli bir gün keçirib.

Uşaqlar səhnələrin necə hazırlandığını yerində müşahidə edib, rejissor Emre Aybek'dən çəkiliş texnikaları haqqında məlumat alıblar. Çəkiliş aralarında Akbaba ilə birlikdə "Mardinli Gözəl Yarım" mahnısını oxuyan uşaqlar əyləncəli anlar yaşayıblar. Daha sonra isə onlar Sinem Ünsal, Gonca Cilasun, Atakan Özkaya, Alper Çankaya və Dilin Döğer ilə söhbət ediblər.