Elgiz Əkbər efirə qayıtması haqqında iddiaları cavablandırıb.
Milli.Az xəbər verir ki, bu barədə "Yeni Sabah"a danışan aparıcı bildirib:
"Hazırda çox məşğulam. İşlərim var. Mən elə söz demişəm?!"
Xatırladaq ki, mediada bir müddət əvvəl tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərin ARB-də yayımlanan "Səni axtarıram" və "Elgizlə izlə" proqramları bağlansa da, onların telekanalla əməkdaşlığının davam etməsi haqqında iddialar yayılıb. Aparıcıların hazırda birlikdə yeni proqram üzərində işlədikləri, birinin yeni layihənin rəhbəri, digərinin isə rejissoru kimi çalışacağı deyilir.
Milli.Az
















