Beşinci “Ceyms Bond” Daniel Kreyqdən sonra ikonik rolu kimin oynayacağı maraqlı idi.
OLAY yazır ki, daha əvvəl adı gündəmdə olan Aaron Teylor-Consona Bond rolunun təklif edildiyi açıqlanıb. Lakin sənətçinin nə cavab verdiyi məlum deyil.
Sosial şəbəkələrdə artan söz-söhbətlər 33 yaşlı aktyorun bu rolu qəbul etdiyini təsdiqləsə də, hələ ki rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Daniel Kreyq 16 il ərzində beş filmdə Bond obrazını canlandırıb.
Teylor-Conson rolu qəbul etsə, bu, onun oynadığı 26-cı Bond filmi olacaq.
Onu da bildirək ki, aktyor “Numero” jurnalına verdiyi müsahibədə Bond obrazını canlandırması ilə bağlı “Bunu inanılmaz bir iltifat kimi qəbul edirəm” demişdi.