Məşhur müğənni boşandı, keçmiş ərinə təzminat ödəyəcək

Məşhur müğənni boşandı, keçmiş ərinə təzminat ödəyəcək

Məşhur müğənni Ariana Qrande boşanıb, keçmiş əri Dalton Qomezə təzminat ödəyəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, üç illik evliliklərinə son qoyan 30 yaşlı müğənni Ariana Qrande və 28 yaşlı daşınmaz əmlak brokeri Dalton Qomez ərizə verdikdən 6 ay sonra rəsmi olaraq boşanıblar.

Evlilik müqaviləsinə görə, Qrande Qomezə boşanma təzminatını ödəyəcək. Buna səbəb Ariananın ərinə xəyanət etməsi göstərilir.

Razılaşmaya görə, Ariana Qrande Dalton Qomezə 1 milyon 250 min dollar (birdəfəlik) ödəyəcək, Los-Ancelesdəki evinin satışından əldə olunan gəlirin yarısını ona verəcək. O, vəkilinə 25 min dollar ödəyib.

Qeyd edək ki, cütlüyün övladı yoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun