Meladze ilə Qalkin ukraynalı iş adamının toyunda milyonlar qazandı

Meladze ilə Qalkin ukraynalı iş adamının toyunda milyonlar qazandı

Xarici agent kimi tanınan Rusiyanın Xalq artisti Valeriy Meladze ilə şoumen Maksim Qalkin bir araya gəliblər.

Milli.Az xəbər verir ki, onlar Kannda keçirilən ukraynalı bir iş adamının dəbdəbəli toyunda səhnəyə çıxıblar.

Kiyevdə doğulan İT sahəsi üzrə iş adamı Niki Lomia və nişanlısı, Xarkovdan olan keçmiş "Miss Ukrayna" yarışmasının iştirakçısı Nika ötən gün nikah masasına əyləşib. Məclis Aralıq dənizinə baxan tarixi - 1919-cu ildə tikilmiş bir malikanədə olub. 

Tədbirdə Meladze, Qalkin və Riki Martin çıxış edib. Qalkinin təxminən 10,5 milyon rubl (226 min manat), Meladzenin isə 13 milyon rubldan (294 min manat) bir qədər çox qazandığı bildirilib. (Axşam.az)

Milli.Az