Müğənni Əminə Şirin keçmiş həyat yoldaşı ilə bağlı açıqlamalar edib.
Milli.Az olay-a istinadən bildirir ki, ifaçı bu barədə "Günaylı gün" verilişində danışıb.
"Mənim 12 yaşımda qzım var. Mənim heç elə şeylərə ehtiyacım yoxdur. Mən özüm pul qazanmasaydım da, bu addımı atardım. İnsanlar görmüşəm ki, birinci səhvdən silib. Beş, on, əlli, səbir deyilən bir şey var. Mən hər şeyimi qoyuram stola, sən gəlirsən əlin cibində. Anama söz vermişəm, barışmayacağam. Yanlış tək mənə qarşı olsaydı, bəlkə də, keçərdim. Haqqımı halal edirəm ki, öz həyatıma gələn gözəllikləri bloklamayım. Amma çox fədakar oldum, çox şeyimdən keçdim. Telefonumda dostlar, tanışlar blokda. "O yerə getmə", "Filankəsə salam vermə" və bunun müqabilində "Sən qazan gətir demirəm". İndi heç bir qız buna razı olmur. Peşman deyiləm. Heç vaxt peşman olmuram. Yaşadım, oldu, bitdi, keçdi. Həyat davam edir. Mənim vicdanım rahatdır ki, bir insanın gözünün içinə baxa-baxa xəyanət etməmişəm. Həyatımdan çıxardığım kim varsa, yolu açıq olsun", - deyə, o, söyləyib.
Qeyd edək ki, Əminə daha öncə 2 dəfə ailəli olub. Onun ilk həyat yoldaşı müğənni Kazım Candır. Qızı Fatimə isə onun ikinci evliliyindəndir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun