Ötən həftə doğum gününü qeyd edən müğənni Türkan Vəlizadəyə efirdə gözlənilməz sürpriz edilib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, hadisə sənətçinin qonaq olduğu "Qonaqcanlı" verilişində yaşanıb.
Belə ki, proqramın heyəti canlı yayıma Türkanın sinif rəhbəri Qumru Qarayevanı dəvət ediblər.
Müəlliməsinin adını eşidən, daha sonra onun özünü görən Vəlizadə qəhərlənərək göz yaşlarına qərq olub.
İkili səmimi şəkildə görüşərək qucaqlaşıblar.
"Mən sizin "qoxunuzu" aldım, Qumru müəllimə. Nə yaxşı ki, varsınız. Mən onu tapa bilmirdim, nə yaxşı Qumru xanımı tapdınız. O çox gözəl müəllimə olub. Hər zaman məni sevib", - deyə Türkan ağlayaraq hisslərini vurğulayıb.
Onun bu sözlərinə isə Qumru xanım "günlərin bir günü gördüm ki, Türkan televizorda çıxış edir. Heç ağlıma gəlməzdi. O, sinifdə əlaçı idi. Hazırlıqlara gedirdi. Türkan həkim olmaq istəyirdi. Türkan oxuyanda tez qaçıram televizorun qarşısına. Deyirdim ki, ay Türkan, sən belə istedada maliksən, bəs nə əcəb mən bunu bilməmişəm, görməmişəm. Türkan bir dəfə də olsun sinifdə mahnı oxumayıb" fikirlərini dilə gətirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun