Afra "Yalı çapkını"ndan gedir? - FOTO

Afra "Yalı çapkını"ndan gedir? - FOTO

Aktrisa Afra Saraçoğlunun "Yalı çapkını" serialından gedəcəyi iddia edilib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda türk mediası yazıb. Ekran işində Seyran obrazını oynayan sənətçi üçün yeni ssenari yazıldığı qeyd edilib. Onun ssenariyə görə ölüb, gedəcəyi yazılıb.

Fərid ilə barışıb malikanəyə qayıdan Seyranın yer aldığı bir səhnə bu iddiaları ortaya atıb. Ekran işində Fuatın ölümündən öncə yayımlanan səhnənin eynisi Seyranda da var. Buna görə də Seyranın ölərək, serialdan gedəcəyi yazılıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun