Türkiyənin məşhur aktrisası Gökçe Bahadır lüks villaya köçüb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, həyat yoldaşı Əmir Ersoyla birlikdə Etilerdə Boğaziçi mənzərəli evə köçən Gökçe Bahadırın 270 min lirə kirayə haqqı ödədəiyi məlum olub.
Cütlüyün köçdüyü villada "Qalatasaray"ın keçmiş ulduzu, futbolçu Xuan Mata yaşayıb. Futbolçu villaya aylıq 5 min avro kirayə haqqı ödəyib.
Qeyd edək ki, Gökçe Bahadır hazırda "Show TV"-də yayımlanan "Ömər" serialında çəkilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun