Aktyor Azər Aydəmir ötən gün avtomobil qəzasında vəfat edən aparıcı Ada Süleymanlı ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, o, mərhum aparıcı ilə bağlı bunları yazıb:
"Hər zaman arzulayırdın ki, səndən bütün saytlar yazsın. Allah rəhmət eləsin. Çox işıqlı idin".
Xatırladaq ki, aparıcı Ada Süleyman ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtoqəzada həyatını itirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Mənbə:
news.milli.az
















