Əməkdar artist Vasif Məhərrəmli həmkarları Elnarə Abdullayeva və Könül Kərimovanən fikirlərinə irad bildirib.
OLAY yazır ki, Vasif Elnarə ilə Könülün “Biz şou-biznesdə deyilik” açıqlamasına reaksiya verib. “Gün ortası” verilişində danışan Vasif deyib ki, façılıqla məşğul olan hər kəs şou-biznes adamı sayılır:
"Sözün mahiyətinə varmırlar. Yaxanı çəkib kənara qoya bilərsən. Bu, muğam, estrada oxuyanlara, toya getməyib, şou-proqramda çıxış edən bütün vokalla məşğul olanlara aiddir. Hətta Gədəbəyin ucqar kəndində toya gedib, oxuyan biri də şou-biznesdədir. Hamısı şou-biznesin içindədir, bu qədər sadə. Konsert verirsən, birbaşa bu işin içindəsən. Biznes pul qazanmaqdır. Sən ifa edirsənsə, burada şou var. Burada şou göstərmək deyil məsələ. Mən oxuyuram, insanlar maşında, evində əylənir. Bunun bütövlükdə adı şoudur”.
Qeyd edək ki, E.Abdullayevanın "Şou-biznes var? Mən bilmirəm... Şou-biznes nədir bilmirəm. Zarafat etmirəm. Biz şou-biznes adamıyıq?" sözlərinə K.Kərimova "Biz şou-biznesdə deyilik, əsla. Şou başqa anlamdır. Biz şou adamı deyilik. Oxuduğumuza, geyimlərimizə baxsanız görərsiniz. Şou-biznesdə mehribançılıq yoxdur. Hərə öz aləmində, istəyində, düşüncəsindədir. Şou göstərsəydik yanımızda oxuyanda rəqqaslar olardı" reaksiyasını verib.
/Axsam.az
















