Müğənni Şəbnəm Tovuzlu həmkarı Aysun İsmayılova ilə müqayisə olunmasına münasibət bildirib.
Sənətçi bu cür müqayisələrin onu narahat etdiyini gizlətməyib və məsələyə aydınlıq gətirib. O, açıqlamasında Aysunun yaşca daha gənc olduğunu vurğulayaraq belə deyib:
"Aysun uşaqdır, 29-30 yaşı var. Moskvadakı toy qiymətini bilmirəm. Amma onu bilirəm ki, Bakıda məclislərdə yarım saata ikimizin qiyməti eynidir - 4000 manat".
"Çünki bir-birimizin işini oturtmuşuq. Allah hamının ruzisini versin". - Tovuzlu əlavə edib.
Onun bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sənətçinin fikirləri ilə razılaşsa da, digərləri müqayisələrin qaçılmaz olduğunu qeyd ediblər.
Musa
Milli.Az
















