Məşhur türk aktyor Oktay Çubukun səhhətində problem yaranıb.
OLAY yazır ki, anası - Özəl amerikan Robert liseyinin müdiri Nihan Çetinyamaçla Lizbonda olan sənətçinin ürəyi dayanıb.
30 yaşlı aktyor dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində sənətçi həyata qaytarılıb.
O, hazırda reanimasiyada müalicə olunur.
















