“Günlərlə məktəbə ac gedirdim”

“Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist Aybəniz Haşımova "Xəzər axşamı" verilişində kövrək anlar yaşayıb.

Milli.Az xəbər verir ki, sənətçi proqram zamanı arxiv görüntülərinə baxaraq keçmiş illərini xatırlayıb və səmimi etiraflar edib. O, bildirib ki, uşaqlıq və gənclik illəri heç də asan keçməyib:

"Ən xoşbəxt günlərimi xatırladım. Düzdür, o vaxtı çətinliyim olurdu. Məktəbdə oxuyurdum, Bakıda anam, atam yanımda deyildi. Elə olurdu ki, günlərlə məktəbə ac gedirdim. Evdə bişirən olmurdu, dərslərdən çatdıra bilmirdim. Yataqxanada qalırdıq, yeməyin vaxtını ötürürdüm. Çünki yeməyin öz saatı var idi. Mən dərsdən gələndə artıq yeməyi paylamış olurdular və səhərə qədər ac qalırdım. Amma bu məni narahat etmirdi, saatlarla fortepiano ilə məşğul olurdum. Yaxşı ki, dərslərimlə çox məşğul olmağa vaxtım olurdu. Bu gün onun bəhrəsini görürəm. Sizin sevginiz məni o qədər xoşbəxt edir ki... Deməli, əməyim boşa getməyib. Hamısı bu günə gələn yollarımız idi. Çünki mən heç vaxt şöhrətin dalınca qaçmadım. Ümumiyyətlə heç vaxt heç nəyin dalınca qaçmadım. Bu gün də qaçmıram. Mən yalnız iş görürəm".

Milli.Az