Xalq artisti Arif Babayevin yaradıcılığına həsr olunan “Arif Babayevin muğam dünyası” adlı konsert proqramında maraqlı anlar yaşanıb.
OLAY yazır ki, xüsusilə də Xalq artisti Könül Xasıyevanın çıxışı diqqət çəkib. O, ifasından əvvəl səhnədən zalda əyləşən ustadına səslənib:
“Müəllim, nətərsən? Başına dönüm. Dünən dərsə niyə gəlməmişdin, a köpək qızı, haradaydın? (Babayevin müəllimi olduğu illərdə dediyi sözləri təkrarlayır - oxu.) Bir dəfə Arif müəllim dərsə əsəbi gəlmişdi. Soruşdum ki, müəllim, nə olub? Dedi ki, sən öl, bunların başı qaçıb. Gözəl xanəndəmiz Nəzakət Məmmədova dünyasını dəyişmişdi. Arif müəlim dedi ki, aparıb Nəzakət Məmmədovann baş daşına “Leyli və Məcnun” tamaşasından birgə şəklimizi qoyublar. Gedib, gördüm, dəli oldum. Hacı, səni öpüb, bağrıma basıram. Gəlib, səni çoxlu güldürəcəyəm”.