Xalq artisti Nürəddin Mehdixanlı vəsiyyətini açıqlayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, dəfn olunması ilə bağlı vəsiyyət edib:
"Heç vaxt heç kimdən minnət götürmədim. Evdə vəsiyyət etmişəm ki, öldüyüm gün məni götürüb birbaşa kəndimizə aparın. Orada atamın yanında yer var, orda dəfn edin. Mən ancaq ata və anamın yanında rahatlıq tapa bilərəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun