Müğənni Ramal İsrafilov Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin ad günündə iştirak etməməsinin səbəbini açıqlayıb.
Milli.Az xəbər verir ki, ifaçı bu barədə "Gün ortası" proqramında danışıb. O, bildirib ki, tədbirin təşkilatçısı onu gecəyə dəvət etməyib:
"Xətrimə dəydi. Vaqif Gərayzadənin ad günü olub, təşkilatçı tələbə yoldaşımız idi. Hamını yığıb, məni yox. Bu da mənim qəlbimə dəyir. Elnur Məmmədovu və digər tələbə yoldaşlarımızı çağırıblar, amma məni dəvət etmədilər. Özümü yetim kimi hiss etdim. Qısqanıblar. Niyə çağırmırsınız?". (Axşam.az)
Milli.Az
















