“Ölüm xəbərim yayılanda xəstəxanada reanimasiyada idim. Xəbər mənə də çatdı ki, səni də öldürdülər (gülür). Bir müddət huşsuz vəziyyətdə idim. Yəni bir sutka özümdə deyildim”.
OLAY yazır ki, bu sözləri “Qapqara” verilişində Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib. O, vəziyyətinin ağırlaşdığı vaxtlardan danışıb:
“Düşündüm ki, ölüm yəqin ki, buna bənzəyir. Sanki uzandım, sonra isə oyandım. Amma sən demə, arasından bir sutka zaman keçibmiş. Bəlkə də ölüm elə şeyə bənzəyir. Bəlkə də başqa şeydir, mən bilmirəm. Çalışdım ki, bu hadisəni zarafata çevirəm. Mənə xeyli rəhmət oxudular. Onu da yoxladım (gülü). Öüm xəbərimə bu qədər rəhmətin olmasını gözləmirdim. Bu qədər çox istəyirmişlər, xoş hisslər oldu”.