Tanınmış aparıcı Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" verilişində başına gələn maraqlı hadisədən söz açıb.
Milli.Az Yenisabah.az-a istinadən xəbər verir ki, aparıcı toyların birində qonaqlardan yaşlı bir kişinin yaxınlaşaraq, onu müğənniyə bənzətdiyini deyib. Qeyd edib ki, həmin şəxs ondan "ana mahnısı" oxumağı da istəyib:
"Böyük bir şadlıq evində idim, bəlkə də, 800 nəfər adam var idi. Keçəl kişi, əlində də 5 manatlıqlar mənə yaxınlaşdı. Dedi ki, Elgiz, bir dənə ana mahnısı oxu. Arxa tərəfdə də 10 müğənni oturub. Qayıtdım ki, mən oxuyan deyiləm ki, başınıza dönüm. Dedi ki, yox, sən oxumusan, mən səni televizorda görmüşəm, götür bu pulu, elə bir ana mahnısı oxu ki, əmi zülüm-zülüm ağlasın. Hələ bir gör mən necə oxumalıyam ki, bu ağlamalıdır".
Aparıcı bu sözlərdən sonra canlı ifa edə bilməyən müğənnilərə də söz atıb və adlarını deyəcəyini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun