“Ən cazibədar aktrisa mənəm”

“Ən cazibədar aktrisa mənəm”

Aktrisa Pərvin Abıyeva növbəti açıqlamaları ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, özünü ən cazibədar aktrisa adlandırıb. "Dəyişən cavab" verilişində bu fikri söyləyən Abıyevaya aparıcı Anar Ağakişiyev maraqlı cavab verib:

"Bu veriliş sizi bir çoxlarıyla üz-üzə gətirəcək. Çünki, bildiyimə görə, Xalq artisti Məleykə Əsədova özünü ən cazibədar aktrisa hesab edir".

Pərvin söylədiyi ifadənin ondan böyük aktrisalara aid olmadığını və özünü peşəkar hesab etmədiyini dilə gətirib.

"Mən fikir bildirəndə sənətdə yaşca məndən böyük olanları nəzərdə tutmuram. Sevinc Əliyeva, Günəş Mehdizadə, Günay Əhməd gözəl aktrisalardır. Mən gözəldir deyirəm, cazibədar demirəm. Çox bacarıqlı və istedadlıdırlar, çünki onun təhsilini alıblar, peşəkardırlar. Oksana Rəsulova məndən böyükdür, o da cazibədardır. Nərgiz Əliyevanı və özümü peşəkar aktrisa hesab etmirəm. Çünki bizim bu yöndə bir təhsilimiz yoxdur", - deyə, P. Abıyeva bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun