Müğənni Xatirə İslam ailəsi ilə Birləşmiş Ərəb Əmirliyinə istirahətə yollanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Əbu-Dabidə dincələn sənətçi fotolarını instaqramda paylaşıb. Sənətçi həyat yoldaşı Fəxrəddin Musazadə və oğlu Emillə dincəldiyini bildirib.
Xatirə eyni zamanda təyyarə qorxusu olduğunu vurğulayıb:
"İlk dəfədir Əbu-Dabidəyəm. Səhərə qədər gözümü yummamışam. Məni təyyarə fobiyam var idi. Bu axşam daha çox oldu. şükür yaxşı gəldik çatdıq".
Sənətçi çamadanının təyyarədə sındırıldığı görüntüləri paylaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun



Mənbə:
news.milli.az

















