“Kim məndən narahatdırsa, gəlsin dursun qabağımda!”

“Kim məndən narahatdırsa, gəlsin dursun qabağımda!”

“Zamiq həmişə müzakirə olunub. İlk səhnəyə gəldiyim gündən. Əsas odur ki, özüm nə istəyirəmsə, onu bilirəm. Çıxıb nəsə deyən kimi qalmaqal olur. Yaxşısı budur ki, danışmayım. Mən dedim ki, konsert səhnəsini toya gətirdim. Müzakirə olundu. Amma düzgün müzakirə olunmadı. Efirdən bir adama nəsə demək, onu acılamaq onun ailəsinə, valideynlərinə, sevdiyi insana, anasına, atasına qardaş, bacısına və sevənlərinə “söz atmaq” deməkdir”.

OLAY yazır ki, bu sözləri müğənni Zamiq Hüseynov MTV-də yayımlanan “10-da görüşək” proqramında deyib. O, ad çəkmədən efirlərdə onun haqda danışan ifaçıların cavabını verib:

“Hərdən aparıcılardan da inciyirəm. Bir ifaçıya söz deyəndə onu başa salıb sonra demək lazımdır. Baxıram ürəyim qırılır. Düzdür, danışan və ya kiməsə söz deyən və ya nəyəsə görə zəng edən insan deyiləm. Kim məndən narahatdırsa, gəlsin dursun qabağımda və sözünü desin. Mən heç kimdən narahat deyiləm. Kiminsə də sözü məni narahat etmir.

Mənə sosial şəbəkədə kiminsə haqqında nəsə danışmaq yaraşmaz və ya mənə əli çatmayan bir insan haqda efirdə nələrsə danışım... Buna mənim ailə tərbiyəm imkan vermir”.