İctimai TV-nin “Gündəlik” serialı daha bir səhnəsi ilə diqqət çəkib.
OLAY yazır ki, bu dəfə ekran işində restoranlarda və ya digər xidmət sahələrində “Şəhid ailələri üçün pulsuzdur” elanlarının yerləşdirilməsi məsələsinə toxunulub.
Ssenariyə əsasən, kafedə bu yazı ilə qarşılaşan serial personajı həmin yerin müdirinə etirazını bildirib. O, elana irad bildirərək heç bir şəhid yaxınının pulsuz çay, ya da yemək üçün bu addan istifadə etməyəcəyini qeyd edib.