Türkiyəli müğənni və aktrisa Emel Sayın maraqlı açıqlama verib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Emel Sayın tək qalmaqdan qorxduğunu dilə gətirib.
İllərlə tək yaşayan müğənni yeganə təsəllisini qonşularının yanan işıqlarında tapdığını deyib.
"Evdə olarkən pəncərədən qonşuların işıqlarına baxıb şad oluram. O işıq yanan evlərdəki insanları tanımasam belə, onların varlığı məni sevindirir. İşıqlar yanmayanda darıxıram, qorxuram. Özüm evə girən kimi bütün otaqların işıqlarını yandırıram ki, kimsə baxsa, mənim də evimdə işıq görsün. Onlar da baxıb sevinsinlər. Kimsə bilmir, mən tanımadığım insanlar üçün darıxır, onları sevirəm" deyə müğənni bildirib.
Qeyd edək ki, 79 yaşlı Emel Sayın uzun illərdir tək yaşayır. O, birinci əri İsmət Kasapoğlu ilə 1966-cı ildə 21 yaşında ikən ailə həyatı qurub. 1975-ci ildə boşanıb, lakin 1976-cı ildə yenidən onunla ailə həyatı qurub. Cütlük 1979-cu ildə yenidən boşanıb. Sayın 1970-ci illərdə məşhur aktyor Tarık Akanla dörd il eşq macərası yaşayıb. Emel Sayın bir açıqlamasında "Ondan sonra heç sevgi yaşamadım" deyib.
Müğənni 1979-cu ildə Selçuk Aslanla evlənsə də, uğursuz ailə 1981-ci ildə dağılıb. 1986-cı ildə David Younnes ilə evlənən sənətçi bu evliliyi 1999-cu ildə bitirib və o gündən sonra tənha yaşamağa başlayıb. Övladı yoxdur.
Milli.Az