"Bəstəkar mahnılarını oxuya bilməzlər. Bu təlabat deyil, sadəcə bacarmırlar. Bütün bədənlərini "silikon"la doldurublar. Bunlar Allahı da tanımırlar. Allahı tanımayan öz musiqisini tanıyar? Bir insan ki, öz bədənini bəyənmir".
Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "Şəbnəmlə iç üzü" verilişində deyib. O, gənc həmkarlarını tənqid edib: "Onlar bu dəqiqə deyirlər ki, nəyin bahasına olursa-olsun altımda "Cip" markalı avtomobil, bir villa olmalıdır. Üzr istəyirəm, nə yolla olur, olsun qeyri-qanuni uşaq dünyaya gətirməliyəm, atasız, anasız, bibisiz, əmisiz, dayısız, xalasız... Bir qanadlı övlad dünyaya gətirməliyəm... Sonra isə həyatımı tək yaşamalıyam, özümə karyera qurmalıyam. Bəzi qızlarımız bu gün bu düşüncədədilər".
Milli.Az