“Terror hadisəsi baş verən andan bu günə qədər biz də bu zalı inşa edən insanlar kimi fasiləsiz faciə yerində işləyirik. Bütün xidmətlərə: Fövqəladə Hallar Nazirliyinə, yanğınsöndürənlərə, xilasedicilərə kömək edirik. Bu, bizim birinci prioritetimizdir”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Emin Ağalarov instaqramda yazıb. Sənətçi atası Araz Ağalarovun sahibi olduğu “Crocus Citt Hall”dakı terraktdan sonra baş verənlərdən söz açıb:
““Crocus City Hall”da baş vermiş dəhşətli terror aktı və yanğından sonra 6000-ə yaxın insan xəsarət almadı. Bu, əməkdaşlarımızın və bütün yanğınsöndürmə sisteminin mümkün qədər səmərəli işlədiyini göstərir. Biz zərərçəkənlərə və həlak olanların ailələrinə yardım göstəririk. Bunu mütləq davam etdirəcəyik və Müslüm Maqomayev Fondu cəlb olunacaq. Bu terror aktında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.