Onların bu ölkələrə girişi qadağandır!

Onların bu ölkələrə girişi qadağandır!

Məşhur adlar sahib olduqları imkanlar sayəsində dünyanı rahatlıqla gəzə bilirlər, lakin bəzi adlar üçün bu belə deyil! Tədbir zamanı hörmətsizlik etmək, bəzi azlıq qruplarını dəstəkləmək, həssas məsələyə münasibət bildirmək... Bu qadağaların arxasında çoxlu səbəblər ola bilər.

OLAY məşhurlar və girişləri qadağan olduğu ölkələr barədə yazır.

Keti Perri - Çin

Müğənninin Taypey konsertində Tayvan bayrağı taxdığı üçün Çinə girişi qadağan edilib.

Alek Bolduin - Filippin

Ulduz 2009-cu ildə verilişdə zarafatla demişdi ki, “poçtla filippinli gəlin almağı” düşünür.

Filippin senatının üzvləri onun üzr istəməsini tələb ediblər, lakin sənətçi bunu etsə də, aktyorun “persona non grata” hesab edilməsi əsası ilə ölkəyə giriş qadağandır.

Castin Biber - Çin

Müğənni dünya turnesinə çıxmazdan əvvəl Çinə giriş qadağan edilib.

“Castin Biber istedadlı müğənnidir, lakin Çin bazarında asayişi qorumaq və Çin performans mühitini təmizləmək üçün pis davranışa malik sənətçiləri ölkəyə gətirmək düzgün deyil”, - deyə, Çin hökuməti 2017-ci ildə bildirib.

Selena Qomez - Çin və Rusiya

İnstaqram hesabında Dalay Lama ilə gülərkən fotosunu paylaşan müğənninin Çinə girişi qadağan edilib.

“The Atlantic” qəzetinin yazdığına görə, Qomez ölkədə LGBT əleyhinə qanunlar haqqında potensial danışmaq gücünü hiss edəndən sonra Rusiyaya girişi qadağan edilib.

Snup Doq - Avstraliya və Norveç

2007-ci ildə Avstraliya səlahiyyətliləri reperin bir neçə cinayəti, o cümlədən ciddi silah və narkotik ittihamı olduğu üçün ölkəyə buraxılmayacağına qərar verib.

Daha sonra 2012-ci ildə ölkədə qanunla icazə veriləndən artıq nağd pul daşıdığına görə onun iki il müddətinə Norveçə giriş qadağan edilmişdi.

Cey Zi - Çin

2006-cı ildə mahnılarındakı söyüşlərə görə reperin Şanxayda çıxışı qadağan edilib. Konsertin təşkilatçısı Sun Yun BBC vasitəsilə rəsmi səbəbi “vulqar dil” adlandırıb.

Herrison Ford - Çin

1997-ci ildə Martin Skorseze 14-cü Dalay Lama Tenzin Qyatsonun həyatından bəhs edən Kundun filmini çəkir. Herrisonun həyat yoldaşı Melissa Matheson ssenari üzərində işləyirdi və Herrison Ford Dalay Lama ilə görüşmək və Tibet üçün vəkillik etmək fürsəti əldə etdi.

1995-ci ildə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində müstəqil Tibeti dəstəkləmək üçün ifadə verdikdən sonra Fordun Çinə girişi qadağan edilib.

Ledi Qaqa - İndoneziya

İndoneziyanın paytaxtı Cakartada 2012-ci ildə ölkədəki üç qrup müğənninin üslubunu “vulqar” adlandırdıqdan sonra pop ulduzun konsertinə icazə verilməyib.

Peris Hilton - Yaponiya

2010-cu ildə narkotik saxladığını etiraf etdikdən sonra müğənni evə qayıtmazdan əvvəl Tokiyoda 6 saat dindirilib.

Keşa – Malayziya

Malayziya hakimiyyəti müğənninin konsertinin dini qruplara hörmətsizlik ola biləcəyini əsas gətirərək 2013-cü ildə onun konsertini qadağan etmişdi. Müğənni “Məni həbslə hədələdilər”, - deyə, bildirmişdi.

Beyons - Malayziya

Bir qrup şəxslər Beyonsun “Qərbin seksual performansları”nı təbliğ edəcəyi səbəbilə ləğv edilməsini tələb etdikdən sonra Malayziyadakı konsertini 2009-cu ildə təxirə salmışdı.

Pərəstişkarları bu yaxınlarda Malayziyanın onun dünya turu planlarına daxil edilmədiyinin fərqinə varıblar.