Hicablı fotolarına aydınlıq gətirdi

Hicablı fotolarına aydınlıq gətirdi

“Sihirli Annem” serialının Tuğçesi Damla Ersubaşı hicablı fotoları ilə gündəmə gəlib.

OLAY yazır ki, sosial mediada müzakirələrə səbəb olan paylaşımdan sonra aktrisa açıqlama edib.

“Hələ hicab bağlamamışam. Mənfi rəylər və xəbərlər yazan səhifələr gördüm. Məncə, mənim hicab bağlayıb-bağlamamağım insanları maraqlandıran bir şey deyil. Onun yerinə, bəlkə, mənim atamın xəstəliyini paylaşsaydınız, insanlar görüb dua edərdi. Bəzi insanlar çox pisdir. Sakit olun, hələ hicab bağlamamışam”, - deyə, o, bildirib.

Qeyd edək ki, aktrisa ötən aylarda narkotik istifadəçisi olduğunu etiraf etmiş, daha sonra keçmiş həyat yoldaşının məcburiyyəti ilə belə bir video çəkdiyini demişdi.