ARB TV-nin bir neçə verilişində saat dəyişikliyi edilib.
OLAY yazır ki, bu barədə kanaldan məlumat verilib. Belə ki, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” proqramının saatı azaldılıb və 16:30-dan 19:00-a qədər yayımlanması müəyyən edilib.
Bundan əlavə, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən “Elgizlə izlə”nin yayım saatı 14:00-dan 16:30-a qədər təyin olunub.
Zümrüd Bədəlovanın “Xəbər-ətər” proqramı isə həftəiçi 10:50-dən 13:00-a qədər efirdə olacaq.
Qeyd edək ki, bu gün Zaur Baxşəliyev “Bizimləsən” verilişinin yayım saatının azaldıldığını açıqlayıb.
Həmçinin Rahil Sayadoğlu və Sevda Nəsirovanın “Günə doğru” proqramı 07:00 və 10:00 arasında yayımlanacaq.