"Pikimi yaşamamışam, onu gözləyirəm"

"Pikimi yaşamamışam, onu gözləyirəm"

"Öz pikimi yaşamamışam, onu gözləyirəm. Pikim Təhminə obrazıdır. Özümü Təhminə obrazında görürəm. Onu qınamıram".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Dəyişən cavab" verilişində danışıb. Sənətçi Anar Ağakişiyevin "Sən o filmi yenidən ərsəyə gətir, rejissor da olsun Kənan MM" ifadələrinə diqqət çəkən cavab verib:

"Məncə, Kənan MM "Təhminə" filmini çəkə bilməz. O filmin çox böyük məsuliyyəti, ağırlığı var. Əvvəlcə Anardan icazə alınmalıdır. Bir neçə il bundan öncə "Təhminə və Zaur" serialı çəkildi. O obraza məni dəvət etdilər, getmədim. Çünki yaxşı alınmayacağını bilirdim.

O filmi çəkmək mənim işim deyil. O qədər möhtəşəm bir film və əsərdir ki, onu çox yaxşı, güclü, bacarıqlı komanda, rejissor, prodüser ərsəyə gətirməlidir və məni də dəvət etməlidir. Mən o filmi çəkməkdən qorxaram. O obrazı o qədər sevirəm ki, rejissor kimi ağırlığını daşımaq istəmirəm", - deyə, Abıyeva bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun