Eva Mendes sənətdən uzaqlaşmağının səbəbini açıqlayıb

Eva Mendes sənətdən uzaqlaşmağının səbəbini açıqlayıb

Aktrisa Eva Mendes karyerasını tərk etmə səbəbini açıqlayıb.

OLAY yazır ki, o, bu barədə “People”a danışıb:

Verilişin efirində aktrisa qızları - 9 yaşlı Esmeralda Amada Qoslinq və 7 yaşlı Amada Li Qoslinqə görə filmlərə çəkilməkdən imtina etdiyini etiraf edib. Onun sözlərinə görə, əri Rayan Qoslinq onun bu qərarını dəstəkləyib.

Aktrisa uşaqları ilə çox vaxt keçirdiyi üçün şanslı olduğunu da bildirib.

Qeyd edək ki, Rayan Qoslinq 2011-ci ildən Eva Mendes ilə münasibətdədir. Onların iki qızı var: Esmeralda və Amada. Aktyorlar şəxsi həyatlarından demək olar ki, danışmır, qızlarını sosial şəbəkələrdə göstərmirlər. Yanvarın sonunda Rayan Qoslinq və Eva Mendes uzun müddət sonra ilk dəfə uşaqları ilə birlikdə ictimaiyyət qarşısına çıxıblar.