“Taşacak Bu Deniz”ə rəqib gəlir!

“Taşacak Bu Deniz”ə rəqib gəlir!

“Kocamın Ailesi”, “Avrupa Avrupa” və “Hercai” kimi unudulmaz seriallara imza atan “Mia Yapım”ın rəhbəri Banu Akdeniz yeni serial layihəsi üçün işə başlayıb.

Trabzonda çəkiləcək serialın adı “Sevdamı Sakla Karadeniz”dir. Serialda Kuzey və Zeyşanın sevgi hekayəsi ekranlaşdırılacaq.

Qeyd edək ki, bu, “Taşacak Bu Deniz” serialı ilə bərabər Karadenizdə çəkiləcək olan ikinci serialdır.