Könül Kərimova göz yaşları tökdü - (Video)

Könül Kərimova göz yaşları tökdü - (Video)
Könül Kərimova göz yaşları tökdü - (Video)

Əməkdar artist Könül Kərimova duyğulu anlarla yadda qalıb.

Milli.Az xəbər verir ki, sənətçi 7-ci sinifdə təhsil aldığı illərdən etibarən görmədiyi uşaqlıq rəfiqəsi Gülüşlə uzun fasilədən sonra yenidən görüşüb. Gözlənilməz qarşılaşma Könül Kərimova üçün olduqca emosional anlara çevrilib.

Uşaqlıq xatirələrini yada salan müğənni həmin illərdən danışarkən kövrəlib və göz yaşlarını saxlaya bilməyib.

Könül Kərimova bildirib ki, Gülüş vaxtilə onların evində kirayə qalıb. Sənətçi həmin dövrdə ailəsinin maddi çətinliklərlə üzləşdiyini də açıqlayıb:

"Uşaq vaxtı Gülüş bizim evimizdə kirayədə yaşayırdı. Amma bir şeyi xüsusilə qeyd etmək istəyirəm. Xahiş edirəm, heç kim yanlış başa düşməsin. Biz keyfimizdən kirayə saxlamırdıq. Kasıbçılıq idi. Evimizin yanında balaca bir ev tikmişdik və onu kirayəyə verirdik ki, ailəmizə əlavə gəlir olsun".

Keçmiş günləri xatırlayan sənətçi uşaqlıq illərinin çətinliklərindən və həmin dövrə aid xatirələrindən danışarkən emosiyalarına hakim ola bilməyib.

İllər sonra baş tutan bu görüş tədbirdə ən duyğulu anlardan biri kimi yadda qalıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az