“Çadırda qalanda vaqona villa kimi baxırdıq”

“Çadırda qalanda vaqona villa kimi baxırdıq”

Müğənni Zamiq Hüseynov uşaqlıq xatirələrindən söz açıb.

OLAY yazır ki, “10-da görüşək” proqramında qonaq olan sənətçi məcburi köçkün olduqdan sonra yaşadıqlarından danışıb:

“Vaqon əla idi. Oradakı məcburi köçkünlər bizdən yuxarıda yaşayırdılar, ora gedəndə deyirdik bura villadır. Bu yaxınlarda Füzuliyə konsert verməyə gedəndə çadırda yaşayan dostlarım da orada idi. Dostum Rəşad var, deyir, səhər durdum ki, sağ əlim palçığın içindədir. Yağış yağırdı, çadırın içində bizi də yuyub aparırdı. Anam vedrə qoyurdu ki, yağış damcıları ora düşsün. Biz belə böyümüşük. Heç vaxt o günlərdən kövrələrək danışmamışam. Həyatımın maraqlı anları idi. Həm də xoşbəxt idik. İşığımız yox idi, necə oyunlar oynayırdıq”.