Müğənni Roza Zərgərlinin övladları canlı yayımda onu təbrik ediblər.
OLAY yazır ki, ifaçı doğum gününü “Qonaqcanlı” verilişində keçirərkən, oğlu Jerar xəbərsiz şəkildə studiyaya daxil olub və Zərgərliyə sürpriz edib. Onun qızı Bənövşənin isə efirdə təbrik videosu yayımlanıb:
“Mənim dünya gözəlim, ad günün mübarək. Neçə belə illərə. Sən mənim həyatda ən sevdiyim varlıqsan. Nə yaxşı ki, varımsan. Mən səni çox istəyirəm. Allah sənə dünyanın xoşbəxtliklərini yaşatsın. Həmişə səndən küsürük də, barışırıq da. Qəlbin o qədər kinsizdir ki, 5 dəqiqəyə barışırsan. Allah heç vaxt sənə kədərlənməyi, pis olmağı nəsib etməsin”.