Əməkdar artist Manana Çaparidze anası ilə bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ad günü olan anasının fotolarını yayımlayaraq, bun ları yazıb:
"Ürəyim, nəfəsim, əzizim, mənim misilsiz anam... Ümid yerim, gözümün işığı, ən mehriban, nəcib, həyatımın mənası, ən sadiq, güclü, düzgün və səmimi, mənim üçün ideal insan, gözəl anam... Səni ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Ad günün mübarək. Sənə uzun ömür, möhkəm can sağlığı, əbədi xoşbəxtlik diləyirəm. Sən mənim həyatımın ən dəyərli hədiyyəsisən. Nə qədər ki, mən həyatda varam, hər zaman sənə görə dua edəcəyəm. Tanrıya mənə bağışladığı belə qiymətli hədiyyəyə görə minnətdaram. Sənə olan sevgim, səmimi və sonsuzdur. Allah səni qorusun. Anamın simasında, bütün valideynlərə uzun ömür, can sağlığı və xoşbəxtlik diləyirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun